DİĞER YAZARLARIMIZ
Dr.Muhtar F.BEYDILI رجال يأتي بهم التاريخ ورجال يصنعون التاريخ
الصحفي و الباحث هاشم محمدوف فاتح قره باغ وقبضته الحديدية
Dr.Muhtar F.BEYDILI Туркмены (огузы) «Туркмены Мира»
الدكتور مختار فاتح بي ديلي كي لا تنسى انتصارها... تركيا القلعة الأخيرة
الصحفي و الباحث هاشم محمدوف ممر زانغازور،إنجاز تاريخي لأذربيجان
سليمان اسماعيل بيلي مدينة اغدام الاذربيجانية بقى بدون سقف
هاشم محمدوف العلاقات الدبلوماسية و الإقتصادية بين اذربيجان 
Süleyman İsmayılbəyli مجزرة خوجالي
Elnur Mustafayev مأساة الإنسانية تتجلى في مجزرة خوجالي
عاقل علي عسكر- صحفي ومحلل سياسي إنشاء مركز مراقبة تركي روسي مشترك في قره باغ
Dr.Muhtar BEYDILI لم تتم محاكمة المسؤولين عن مذبحة 20 يناير في باكو
Mirsamir Memmedov Bakude yaşanmış 20 ocak katliamının sorumluları hayla yarqılanmadı
Lamiya İsazade Tarihi sefer, tarihi Zafer!
الاستاذ عبد الحميد خلف الابراهيم حاج نعسان آغا
Dr.Muhtar BEYDILI ماذا حدث في موسكو اثناء اجتماع بوتين علييف
Dr.Muhtar BEYDILI Biz Halab Türkləri olarak İnanırıq və əminik ki, Azərbaycanın ərazi bütövlüyünün Türkiyə-Azərbaycan Birliyi təmin edəcəkdir.
Dr.Muhtar BEYDILI Oğuz Kağan Bozok Kolunun Günhan Oğullarının Alkırevli-Alkarevli Elbeyli Türkmenleri
Suphi Saatçi Türkmeneli Coğrafyasının Bekçileri Türkmen Gençleridir
Dr.Muhtar BEYDILI BİRLİKTE TAHRİRE DOĞRU YOL ALALIM TÜRKMEN GENÇLERİ BUGÜN BİZİM GÜNÜMÜZDIR
Prof.Dr.Mustafa Kafalı Suriye Türkleri: Fırat’ın Doğusu da Türk, Batısı da
Prof.Dr.Mustafa Kafalı Suriye’de Türkmen Köyleri ve Ankara Antlaşması Hükümleri
AYŞE HÜR Meğerse Suriye'de Türkmenler yaşarmış!
Dr.Muhtar BEYDILI Arkadagly Ataýurdum Türkmenistan Siriya Türkmenleri Sizinle !
Dr.Muhtar BEYDILI الشاعر التركماني مختوم قولي
Doç.Dr.Enver ÇAKAR XVI. YÜZYILDA SURİYE TÜRKMENLERİ
Nevin Balta Türkmen Yerleşimi Halep, Gaziantep ve Kilis
Prof.Dr.Abdulhalik BAKIR KUZEY SURİYE’DEKİ TÜRKMEN YERLEŞİMLERİNİN ÇAĞDAŞ TARİHİ VE STRATEJİK ALTYAPISI ÜZERİNE GENEL BİR DEĞERLENDİRME***Türk Dünyası Araştırmaları
Prof.Dr.MEHMET EROL Halep Türkmenleri Halk Kültürü Araştırması
Dr.Muhtar BEYDILI Türkmenler Çok Zor Durumda! Hayatta Kalma Mücadelesi Veriyorlar.
Dr.Muhtar BEYDILI حكاية التركمان في بلاد الشام التي لم تحكى بعد
Ayfer GÜLER Suriye’de Türklüğün Gür Sesi: Genç Türkmenler
Dr.Muhtar BEYDILI Suriye Türkmen Dağı'nda yaşayan Bayırbucak Türkmenleri
Dr.Muhtar F.BEYDILI “Dünya durdukça Türkmenistan yaşasın”
Aydın BALCI AFRİN'DE TÜRK­MEN­LER ve REJİMİN TÜRK­MEN­LE­RE KARŞI GENEL TU­TU­MU
Lamiya İsazade
Suriyeli Türkmenler 12.01.2021 - Dağlıq Qarabağ Münaqişəsi Artıq Keçmişdə Qaldı

Azərbaycan dövlət başçısı cənab İlham Əliyevin 11 yanvar tarixindəki Rusiyaya işgüzar səfəri dövlətimiz və xalqımız üçün taleyüklü əhəmiyyət kəsb edən bir səfər oldu. Bu səfər dövlətimizin  ərazi bütövlüyünü, xalqın və ölkənin milli maraqlarını qorumaq, regionda sülhü və milli təhlükəsizliyimizi təmin etmək məqsədi daşıyan bir səfər idi. Dövlət başçımızın Rusiya mətbuatına bəyanatı ölkəmizin suverenliyi, ərazi bütövlüyü, sərhədlərinin toxunulmazlığı, milli maraqları, davamlı inkişafı, əhalisinin rifah və dəyərlərinin qorunmasını özündə ehtiva edirdi. Ölkə rəhbərinin qlobal və regional təhlükəsizlik və sabitliyə töhfə verən bəyanatında  “Dağlıq Qarabağ münaqişəsi keçmişdə qalıb və biz gələcək barədə, qonşular kimi birlikdə necə yaşamaq, nəqliyyat arteriyalarının açılması məsələlərini həll etməyə necə çalışmaq və gələcəkdə regional sabitliyi və təhlükəsizliyi möhkəmlətmək haqqında düşünməliyik” sözləri Azərbaycan dövlətinin humanizm prinsiplərinə əsaslanan siyasətinin əyani təzahürüdür. 

11 yanvar tarixli üçtərəfli görüşdə Rusiya və Azərbaycan liderləri Dağlıq Qarabağ münaqişəsinin artıq geridə qaldığını bəyanatlarında səsləndirsələr də, Ermənistan baş naziri “Təəssüf ki, bu münaqişə hələ nizamlanmayıb. Münaqişə qalır.” söyləməsi Ermənistan baş nazirinin hələ də şokda olduğunu, bu qələbəni dərk edə bilməməsini göstərir. O, hələ də ümid edir ki, Dağlıq Qarabağa Ermənistanın xeyrinə olacaq hansısa status veriləcəkdir. N.Paşinyan anlamalıdır ki, Azərbaycanın digər bölgələrinin hansı statusu varsa, bundan sonra Dağlıq Qarabağın da eyni statusu olacaqdır. Azərbaycanın siyasəti humanizm prinsiplərinə əsaslandığı üçün dövlət başçımız bugünkü gündə 48 mindən çox erməni köçkün və qaçqınlarının yenidən Dağlıq Qarabağa qayıtmasına icazə verdi. Bizim yerimizdə Ermənistan olsaydı, buna əsla izin verməzdi. Amma dövlətimiz onlara  rahat şəkildə köçmələri üçün hətta vaxt da verir. Ermənistan bu anlayışa, bu nəcibliyə layiq deyil. 11 yanvar tarixində imzalanan üçtərəfli bəyanat uzunmüddətli perspektivdə vəziyyətin nizamlanması istəyini təşkil edir. Bu razılaşmaların icrası hər üç dövlətin xalqlarına da fayda verəcəyi, hər üç regionun bundan sonrakı davamlı və təhlükəsizlik inkişafını təmin edəcəyi şübhəsizdir. Eyni zamanda yeni bəyanatda öz əksini tapan nəqliyyat kommunikasiyalarının bərpası, hər üç dövlət üçün böyük əhəmiyyətə malikdir. Azərbaycan Ermənistan ərazisindən keçən nəqliyyat kommunikasiyaları vasitəsilə Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikası ilə əlaqə imkanına, Ermənistan da Azərbaycan ərazisindən keçməklə Rusiyaya, İrana dəmir yolu çıxışı imkanına malik olacaqdır. Biz, həmçinin Naxçıvan Muxtar Respublikası ərazisindən keçməklə Türkiyə bazarına çıxış əldə edəcəyik, Türkiyənin və Rusiyanın dəmir yolu arteriyaları birləşəcəkdir. Cənab prezidentimizin də qeyd etdiyi ki, bütün regionda vəziyyətin müsbət inkişaf dinamikası çox cəhətdən Ermənistan ilə Azərbaycan arasında artıq tarixdə qalmış münaqişənin nizamlanmasından asılı olacaqdır. Faşistliyi güclü şəkildə qəhrəmanlaşdıran Ermənistan onsuz da bundan sonra işğalçı şleyfindən əsrlərlə qurtula bilməyəcəkdir. Azərbaycanın Zəfərindən sonra isə onlar yaxşı dərk edirlər ki, üçtərəfli imzalanan hər iki bəyanata əməl edilməsə, Ermənistanın bir dövlət olaraq yaşamaq şansı olmayacaqdır. Dəfələrlə torpaq­larımızı tərk etməyəcəyini, işğal­çılıq niyyətini gizlətməyərək yeni torpaqlar uğrunda yeni müharibəyə başlayacağını pafoslu şəkildə bəyan edən və sülh yolunda mövcud olan bütün prinsipləri kobudcasına pozan Paşinyanın imzaladığı 11 yanvar tarixli ikinci bəyanatdan sonra, böyük ehtimal ki, Azərbaycana qarşı torpaq iddiası ilə çıxış etməyəcəkdir. Bir vaxt  “Qarabağ Ermənistandır, nöqtə” deyənlər indi peşman olub, “Qa­rabağ Azərbaycandır, nida işarəsi” hökmünü qəbul ediblər və bundan sonra isə dövlətimizin qoyduğu şərtlərə əməl etmək məcburiyyətindədirlər.  Azərbaycanın bu Zəfəri azərbaycanlılar haqqında məğlub xalq sindromunu sındırdı, xalqın inamını özünə qaytardı. Bütün dünya gördü ki, Azərbaycan xalqı heç vaxt məğlubiyyətlə barışmayaraq sonunda öz amalına qovuşdu. 

Lamiyə İsazadə,
“Kimsəsiz Uşaqların Sosial Müdafiəsi” Birliyinin sədri.

Azerbaycan-Bakü