DİĞER YAZARLARIMIZ
Dr.Muhtar F.BEYDILI رجال يأتي بهم التاريخ ورجال يصنعون التاريخ
الصحفي و الباحث هاشم محمدوف فاتح قره باغ وقبضته الحديدية
Dr.Muhtar F.BEYDILI Туркмены (огузы) «Туркмены Мира»
الدكتور مختار فاتح بي ديلي كي لا تنسى انتصارها... تركيا القلعة الأخيرة
الصحفي و الباحث هاشم محمدوف ممر زانغازور،إنجاز تاريخي لأذربيجان
سليمان اسماعيل بيلي مدينة اغدام الاذربيجانية بقى بدون سقف
هاشم محمدوف العلاقات الدبلوماسية و الإقتصادية بين اذربيجان 
Süleyman İsmayılbəyli مجزرة خوجالي
Elnur Mustafayev مأساة الإنسانية تتجلى في مجزرة خوجالي
عاقل علي عسكر- صحفي ومحلل سياسي إنشاء مركز مراقبة تركي روسي مشترك في قره باغ
Dr.Muhtar BEYDILI لم تتم محاكمة المسؤولين عن مذبحة 20 يناير في باكو
Mirsamir Memmedov Bakude yaşanmış 20 ocak katliamının sorumluları hayla yarqılanmadı
Lamiya İsazade Tarihi sefer, tarihi Zafer!
الاستاذ عبد الحميد خلف الابراهيم حاج نعسان آغا
Lamiya İsazade Dağlıq Qarabağ Münaqişəsi Artıq Keçmişdə Qaldı
Dr.Muhtar BEYDILI ماذا حدث في موسكو اثناء اجتماع بوتين علييف
Dr.Muhtar BEYDILI Oğuz Kağan Bozok Kolunun Günhan Oğullarının Alkırevli-Alkarevli Elbeyli Türkmenleri
Suphi Saatçi Türkmeneli Coğrafyasının Bekçileri Türkmen Gençleridir
Dr.Muhtar BEYDILI BİRLİKTE TAHRİRE DOĞRU YOL ALALIM TÜRKMEN GENÇLERİ BUGÜN BİZİM GÜNÜMÜZDIR
Prof.Dr.Mustafa Kafalı Suriye Türkleri: Fırat’ın Doğusu da Türk, Batısı da
Prof.Dr.Mustafa Kafalı Suriye’de Türkmen Köyleri ve Ankara Antlaşması Hükümleri
AYŞE HÜR Meğerse Suriye'de Türkmenler yaşarmış!
Dr.Muhtar BEYDILI Arkadagly Ataýurdum Türkmenistan Siriya Türkmenleri Sizinle !
Dr.Muhtar BEYDILI الشاعر التركماني مختوم قولي
Doç.Dr.Enver ÇAKAR XVI. YÜZYILDA SURİYE TÜRKMENLERİ
Nevin Balta Türkmen Yerleşimi Halep, Gaziantep ve Kilis
Prof.Dr.Abdulhalik BAKIR KUZEY SURİYE’DEKİ TÜRKMEN YERLEŞİMLERİNİN ÇAĞDAŞ TARİHİ VE STRATEJİK ALTYAPISI ÜZERİNE GENEL BİR DEĞERLENDİRME***Türk Dünyası Araştırmaları
Prof.Dr.MEHMET EROL Halep Türkmenleri Halk Kültürü Araştırması
Dr.Muhtar BEYDILI Türkmenler Çok Zor Durumda! Hayatta Kalma Mücadelesi Veriyorlar.
Dr.Muhtar BEYDILI حكاية التركمان في بلاد الشام التي لم تحكى بعد
Ayfer GÜLER Suriye’de Türklüğün Gür Sesi: Genç Türkmenler
Dr.Muhtar BEYDILI Suriye Türkmen Dağı'nda yaşayan Bayırbucak Türkmenleri
Dr.Muhtar F.BEYDILI “Dünya durdukça Türkmenistan yaşasın”
Aydın BALCI AFRİN'DE TÜRK­MEN­LER ve REJİMİN TÜRK­MEN­LE­RE KARŞI GENEL TU­TU­MU
Dr.Muhtar BEYDILI
Suriyeli Türkmenler Dr.Muhtar BEYDILI - Biz Halab Türkləri olarak İnanırıq və əminik ki, Azərbaycanın ərazi bütövlüyünün Türkiyə-Azərbaycan Birliyi təmin edəcəkdir.
 
 
Biz Halab Türkləri olarak İnanırıq və əminik ki, Azərbaycanın ərazi bütövlüyününTürkiyə-Azərbaycan Birliyi təmin edəcəkdir.
 
Azərbaycan ilə Türkiyə arasında əlaqələrin böyük tarixi var.
Ortaq kök, dil, din birliyi, oxşar mədəniyyət, adət və ənənələr bu əlaqələri şərtləndirən amillər sırasında yer alır. Türkiyə və Azərbaycan öz tarixlərinin ən mürəkkəb dövrlərində bir-birinə dəstək olduqlarını nümayiş etdirmişlər. 1918-ci ildə Nuru Paşanın komandanlığı ilə Türk Qafqaz İslam Ordusunun uzun mübarizələr və müharibələr nəticəsində Bakını xilas etməsi Azərbaycan üçün önəmli dönüş nöqtəsi idi. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin dediyi kimi: “Türk ordusunun Azərbaycana, Bakıya gəlməsi, Azərbaycanı daşnakların təcavüzündən xilas etməsi hər bir azərbaycanlının qəlbində yaşayır. Azərbaycan xalqı həmin ağır dövrdə türk xalqının ona göstərdiyi köməyi heç vaxt unutmayacaqdır”. Anadoluda Qazi Mustafa Kamal Atatürkün öndərliyi ilə aparılan milli mücadiləyə azərbaycanlılar maddi və mənəvi yardım göstərmişlər.
Biz Halab Türkləri olarak İnanırıq və əminik ki, Azərbaycanın ərazi bütövlüyünün tam təmin olunmasını Türkiyə-Azərbaycan Birliyi təmin edəcəkdir.
Türkiyə-Azərbaycan əməkdaşlığı sadəcə dövlətlərimiz arasındakı güclü həmrəyliyə deyil, eyni zamanda, xalqlarımızın paylaşdığı köklü tarix və könül birliyinə söykənir. Türkiyə və Azərbaycan xalqları eyni dildə danışır, müştərək bir tarixi paylaşır. Türkiyə və Azərbaycan qarşılarına eyni coğrafiyada sülh, sabitlik və rifahın təmin edilməsi məqsədini qoymuşlar.
Bu sağlam zəmin üzərində qurulan, “bir millət, iki dövlət” prinsipi əsasında möhkəmlənən əlaqələrimiz siyasi və iqtisadi sahələrdə əldə olunan inkişaf prosesi ilə bugünkü mükəmməl səviyyəsinə çatmışdır. İnanıram ki, Şura mexanizmi sayəsində Türkiyə-Azərbaycan dostluğunu gələcək nəsillərə sarsılmaz bir əməkdaşlıq olaraq əmanət edəcəyiktır.
Eyni zamanda, mürəkkəb və gərgin dönəm yaşamaqdayıq.
Lakin, Qarabağda olan xoşagəlməz olaylardan və ola biləcək hər hansı bir təhlükədən danışmaq,yaranmış sual və müəmmaları gündəmdə tutmaq, ictimai rəydə xüsusilə rus "sülhməramlılarına" güvənimizin olmadığını demək,Qarabağda rus-erməni alyansının işbirliyinin mövcudluğunu dilə gətirmək, vətəndaş narahatlığından, vətəndaşlıq məsuliyyətindən irəli gələn haldır və vacibdir.
Vacibdir ona görə ki, dövlət ictimai rəyi önə çəkə bilsin, ictimai rəydən yararlansın, dövlətimizin əli güclü olsun.
Geridə qalmış dönəmdəki ziyanlı məddahlıq siyasətindən qurtula bilməyən, şəxsi mənfəət və maraqlarını milli mənafe və maraqlardan üstün tutanlar, milli təhlükəsizliyimizə təhlükə olaraq qalmaqdadırlar.
Qarabağda ermənilərlə paralel, belə ziyanlı ünsürlərdən də yaxa qurtarmaq vacibdir.
Zatən bu milli taleyüklü məsələmizdə iqtidar-müxalifət ayrılığı yoxdur, Millət və Dövlət Birliyi vardır.
Azərbaycanlı Türk qardaşlarımıza tövsiyə edirik Halab Türk qardaşlari olarak İndiki dönəmimizdə, ictimai siyasi həyatımızın tək müzakirə mövzusu,milli təhlükəsizliyimizin təminatı barədə olmalıdır.
Yeni dönəmimiz, bütöv və güclü millət, böyük və qüdrətli dövlət olma dönəmidir.Türkiyə ilə Azərbaycan dünyada misli görünməmiş əlaqələrə malik iki qardaş ölkədir.
Türkiyə nəinki Azərbaycanın, eyni zamanda bütün Qafqazın taleyində önəmli rol oynayan üç əsas region dövlətindən (Rusiya və İranla birgə) biridir. Hələ qədim zamanlardan bu ölkə özünün Qafqaz siyasətinə çox ciddi önəm vermiş və bölgədə cərəyan edən hadisələrə fəal müdaxiləsi ilə seçilmişdir.
Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri isə bizim kədərimizdir” və Heydər Əliyevin “Biz bir millət, iki dövlətik” fikirləri həm Türkiyədə, həm də Azərbaycanda iki ölkə arasındakı münasibətlərin tarixini, bu gününü və perspektivlərini özündə dəqiq ifadə edən ən mükəmməl formul kimi qəbul edilməkdədir.
Türkiyə-Azərbaycan əlaqələri indi ən yüksək səviyyədədir.
Türkiyə Azərbaycan - inkşafında hər iki tərəf maraqlıdır.
Türkiyə Azərbaycan üçün beynəlxalq aləmdə müttəfiq və dayaqdırsa, Azərbaycanın da güclü dövlət olması Türkiyənin dünya siyasətində gücünün və rolunun artırması deməkdir.
Ona görə də bu iki dövlətin münasibətlərinin beynəlxalq hüquq normalarından irəli gələn prinsiplər əsasında inkşafı zəruridir.
Bu əlaqələr strateji xarakter daşıyır, dostluq, qardaşlıq prinsiplərinə əsaslanır. Bizi birləşdirən həm tarixi köklər, həm mədəni əlaqələr, bizim keçmişimiz və bugünkü siyasi maraqlarımızdır.