Can Ata vatan Azərbaycan Sənə Qələbə Yaraşır!
Can Ata vatan Azərbaycan Sənə Qələbə Yaraşır!
Bizlərə qələbə sevincini daddıran Allaha həmd olsun. Qələbəyə aparan əsgər və zabitlərə bir ömür borcluyuq. Onlar hər şeyin ən yaxşısına laiqdirlər. Biz çox xoşbəxt nəsilik ki, bu şanlı tarixi görmək, bu zəfərin bir parçası olmaq bizə də nəsib oldu. Arzu edirəz ki, Can atavatan Azerbaycan ölkəmizdə hər zaman sülh və əmin-amanlıq olsun, xalqımızın gözləri yalnız sevinc göz yaşları ilə dolsun. Bir millət Bir dövlət mərhələsinə uğurla qədəm qoyduq. İki ölkə lideri Azərbaycan-Türkiyə birliyini yeni tarixi mərhələyə çıxartdı. Təşəkkürlər Cənab Prezidentlər Azerbaycan Turkiye. Bu gün Azərbaycanın milli şairi, böyük mücahid Əhməd Cavad bəyin ruhunun şad olduğu gündür. Bu gün Nuru paşanın, Ənvər paşanın, Qafqaz İslam Ordusunun igid əsgərlərinin ruhunun şad olduğu gündür. Bu gün Azərbaycan şəhidlərinin sərdarı Mübariz İbrahimovun ruhunun şad olduğu gündür. Bu gün hamımız üçün, bütün türk dünyası üçün zəfər və qürur günüdür. Şair Bəxtiyar Vahabzadənin dediyi kimi: Hardan sənin oldu bizim Qarabağ? Adı sahibini demirmi aşkar? Xoşluqla verməzlər torpağı, ancaq Qanla möhürləyib, zorla alarlar. Qələbəni bizə yaşadanlara və Qələbəmizə sevinənlərə eşq olsun! Allah Şəhidlərimizə rəhmət etsin, yaralı həmvətənlərimizə şəfa versin! Allah bütün əsgərlərimizi qorusun. Rəbbimə bizlərə bu günləri yaşatdığı üçün sonsuz şükür edirəm. Bu gün burada bütün qəlbimlə bir daha təkrarlamaq istəyirəm: Qarabağ Azərbaycandır! Qarabağ artıq Ana Vətəninə qovuşmuş, otuz illik həsrət sona çatmışdır. Eşq olsun Cenab Ali Baş Komandan Ilham Eliyev Cenabları ve müzeffer Ordumuz.
Ellerinize ayaqlariniza qurban sizin igidler.
Sizi dünyaya getiren anaların ellerinden öpürem.
Bir xoşbext Azerbaycan Genci olmaq qürür verir insana. Eşq olsun Azərbaycan Türkiyə qardaşlığına!!! Eşq olsun bizə qələbə sevinci yaşadan rəşadətli ordumuza!
#QarabağAzərbaycandır!
Halab Türkleri SİZİNLE Can Azerbaycan.!
Dr. Muhtar Fatih BEYDİLİ Türkmen Hekimleri Birliği BŞK.
|